Şirkət haqqında

Liman Sığorta və Təkrarsığorta Brokeri 2022-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankının SB-009 lisenziyası əsasında fəaliyyət göstərir və Azərbaycan Sığortaçılar Assosasiyası üzvlüyünə qəbul edilmişdir. Liman Sığorta və Təkrarsığorta Brokeri ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən sığorta layihələrində iştirak edir, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edir.


Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Brokerlər müştəri adından və eyni zamanda şirkət adından çıxış edərək, hər iki tərəf arasında doğru körpünü qurmaqda məsuliyyətlidir. Brokerlər vasitəçi qurum olduqları üçün həm sığortalının, həm də sığortaçının adından fəaliyyət göstərir. Odur ki, sığortalının mümkün iqtisadi və mənəvi itkilərini minimuma endirmək üçün sığortalının mümkün riskləri ən yaxşı şəkildə təhlil edə bilən, bu riskləri nöqteyi-nəzərdən qiymətləndirə bilən sığorta brokerləri ilə işləməyə üstünlük verməsi ən uyğun həll yolu olardı.