Qeyri-həyat sığorta

Fərdi qəza sığortası
“Fərdi qəza” dedikdə şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisə başa düşülür. Xəstəlik, patalogiya və digər daxili səbəblər fərdi qəzalara aid edilmir. Bu sığorta sığorta olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb olan fərdi qəzalara qarşı təminat verir:
  • Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
  • Ümumi əmək qabiliyyətinin daimi itirilməsi;
  • Ölüm.
Tibbi sığorta
Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.
Səfər sığortası
Sığorta turistin səyahət etdiyi ölkədə başına gələ biləcək hadisənin maddi və mənəvi zərərini ödənilməsini nəzərdə tutur. Səyahət sığortası nələri əhatə edir? Sığоrtaya vətəndaşın xaricdə səhətində problem yaranarsa, bədbəxt hadisə nəticəsində xəsarət alarsa, dərhal lazımi tibbi müalicə alması və xərclərin ödənilməsi, müqavilədə nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərin əvəzinin tam və ya qismən ödənilməsi daxildir.
Daşınmaz əmlakın yanğından və digər risklərdən sığortası
Əmlak sığortası, dəymiş zərərə görə əmlak sahiblərinin (vətəndaşların, müəssisələrin və s.) bütün maraqlarını qoruyur. Əmlak - maddi obyekt və malik olduğunuz əşyalardır ki, sahibi və ya onun etibar etdiyi tərəf onları istifadə və ya idarə edə bilər. Şəxsin və ya təşkilatın əmlakı bunlardan ibarət ola bilər: torpaq, binalar, mebel, bank hesabları, geyim, sənaye aksizləri, soyuducu avadanlıq, elektrik avadanlığı və s.
Hava nəqliyyatı vasitələrinin sığortası
Hava nəqliyyat vasitələrinin sığortası aşağıda göstərilənlərə təminat verir:
  • Gövdənin bütün risklərdən sığortası;
  • Havada və ya yerdə olmasından asılı olmayaraq hava nəqliyyat vasitəsitələrinə dəyə biləcək maddi zərər;
  • Hava nəqliyyat vasitəsi məsuliyyət sığortası;
  • Hava nəqliyyat vasitəsitələrinin istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərər;
  • Müharibə riskləri.

Bu sığorta təminatı əsasən bütün risklərdən sığorta növü ilə istisna olunan müharibə və qərəzli hərəkətlər nəticəsində dəyən zərəri əhatə edir. Sərnişinlərin qarşısında məsuliyyət sığortası hava nəqliyyat vasitəsitəsi ilə uçan sərnişinlərin xəsarət və ya ölüm hallarından irəli gələn məsuliyyət riskinə dair sığorta təminatıdır. Bu təminat əsasən hər bir sərnişin oturacağı üzrə müəyyən olunan sığorta məbləği çərçivəsində təmin olunur. Binalar, məhsul və anqar sahibinin məsuliyyəti bu təminat növü üçüncü şəxslərə məxsus hava nəqliyyat vasitəsitələrinin saxlanmasından və texniki xidmət olunmasından irəli gələn məsuliyyətə qarşı sığorta növüdür. Tələb olunduğu halda, bu təminat yanacaq doldurma risklərini sığortalanması ilə genişləndirilə bilər. Hava nəqliyyat vasitələrinin sığortası kimlər üçün nəzərdə tutulub ? Sözügedən təminat fərdi sahibkarlar, hüquqi şəxslər, çarterer və helikopter idarəediciləri üçün nəzərdə tutulub.

Su nəqliyyatı vasitələrinin sığortası
Dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə təminat verilir.

Bu sığorta növü dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termini müxtəlif yük və sərnişin gəmilərini də əhatə edir. Həmçinin, təkliflərə uyğun olaraq, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri, dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri əhatə dairəsinə daxil edilə bilər.

Yüklərin (nəqliyyat) sığortası
Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itkilərin olması ehtimalı yaranır. Yüklər tez-tez itir, oğurlanır və xarab olurlar. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də, malların yolda qismən zədələnməsinin üzərinə düşür.
Avtonəqliyyat vasitələrinin tam (KASKO) sığortası
Avtonəqliyyat vasitələrinin tam sığortasını əldə etməklə Siz baş verə biləcək qəzalardan sonra nəqliyyat vasitələrinin təmiri zamanı meydana çıxacaq xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi, eyni zamanda onun oğurlanması və ya tam məhv olması və s. zamanı əmlak maraqlarınızı qoruya bilərsiniz. Avtonəqliyyat vasitələrinin tam sığortası aşağıdakı təminatları əhatə edir: Nəqliyyat vasitəsinin sığortası ilə bağlı aşağıdakı risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir:
  • Yol-nəqliyyat hadisəsi;
  • Yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması;
  • Təbii fəlakətlər;
  • Ağacların/daşların və digər predmetlərin dəyməsi/düşməsi;
  • Üçüncü şəxslərin qərəzli və qanuna zidd olan hərəkətləri;
  • Oğurluq, qaçırma, soyğunçuluq, quldurluq.
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
Beynəlxalq uçuşların yerinə yetirilməsi zamanı beynəlxalq və həmçinin, bir sıra ölkələrin aviasiya qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi məqsədilə aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığortalamaq zəruridir.

Bu sığorta növü üzrə Sığortalının aşağıdakı hallarda məsuliyyəti yarana bilər:

a) üçüncü şəxslərin (sərnişinlər və yük sahibləri istisna edilməklə) sağlamlığına (bədən xəsarəti, həlak olma (ölüm) və yaralanma) və əmlakına ziyan vurulması (əgər bu cür ziyan hava gəmisi və ya hava gəmisindən düşən əşya vasitəsi ilə vurulmuşdursa);

b) sərnişinlərin hava gəmisinin bortunda olduqları zaman və həmçinin, minmə və düşmə zamanı ölüm və bədən xəsarəti alması, onların həlak olması (ölməsi) və yaralanması və həmçinin, hava gəmisi ilə qəfil hadisə baş verməsi nəticəsində sərnişinlərin baqajının və ya əllə aparılan yüklərinin itirilməsi və ya zədələnməsi;

c) hava gəmisi ilə daşınan və sığortalının məsuliyyət daşıdığı əmlaka (yükə) ziyan vurulması. Sığorta müqaviləsinin bağlanması zamanı aviadaşıyıcı öz məsuliyyətini Hava Məcəlləsinin, beynəlxalq konvensiyaların limitləri ilə məhdudlaşdıra və ya daha yüksək limitlər seçə bilər.
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
Sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Yük daşıyanın mülki məsuliyyətinin sığortası
Sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Peşə məsuliyyətinin sığortası
Peşə səhvi nəticəsində göstərilmiş keyfiyyətsiz xidmətlə əlaqədar yaranmış risklərin ödənməsi deməkdir.
İşəgötürənin məsuliyyət sığortası
İşə götürənin təqsiri ucbatından işçinin öz vəzifələrini yerinə yetirdiyi zaman ölümü, əmək qabiliyyətinin itirilməsi, aldığı zədələr və ya səhhətinə dəymiş digər ziyanlara görə ona (onun vərəsələrinə) ödənilməli olan pul kompensasiyası öhdəliyi deməkdir.
İpoteka sığortası
İpoteka Sığortası ipoteka predmeti olan əmlakın aşağıdakı risklərdən sığorta təminatını verir:
  • Yanğın və ya ildırım vurması;
  • Partlayış;
  • Daşqın, sel basması;
  • Tufan və qasırğa;
  • Su basma;
  • Üçüncü şəxslərin qanunazidd və qərəzli hərəkətləri;
  • Yerüstü və hava nəqliyyatı və ya hissələrinin dəyməsi
  • Yer sürüşməsi, torpaq çökməsi və ya qalxması;
  • Zəlzələ.
İşin dayanması ilə bağlı risklərdən sığorta
Sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur