Qəza baş verdikdə nə etməli?

1.Hadisə baş verdikdə 102 nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırmaq vacibdir.

2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım 103, FHN 112 və digər lazımi qurumlara xəbər verin.

3. Hadisə baş verdikdə, dərhal zərərvuran nəqliyyat vasitəsinin icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verilməlidir.
  • Sığorta şəhadətnaməsində Sığortaçının qaynar xətt nömrələri qeyd olunur
  • Sığortaçının qaynar xətt nömrələrini bilmirsinizsə 9707 SMS xidmətindən istifadə edin
 
4. Hadisə yerini tərk etməyin. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin.

5. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.