Həyat sığorta

Müddətli həyat sığortası
Müddətli həyat sığortası məhsulu sığorta təminatının qüvvədə olduğu müddət ərzində, Sığorta olunanın istənilən səbəbdən ölümü və ya əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi ilə nəzərdə tutulmuş məbləğlərdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.

Bu sığorta məhsulu üzrə sığorta haqqı sığortanlamaq istəyən şəxsin yaşından, peşəsindən, sağlamlıq vəziyyətindən, sığorta məbləğindən və sığorta müddətindən asılıdır. 

Məhsul üzrə sığorta müddəti adətən 1 il təşkil edir və təminat bütün dünya üzrə qüvvədə olur.
Həyatın yaşam sığortası
Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölümü, və yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.

Həyat sığortası müqaviləsinə görə Sığortaçı müqavilə ilə razılaşdırılmış və sığortalının ödədiyi sığorta haqqı müqabilində sığortalının müqavilədə göstərilmiş sığorta riskləri üzrə sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə razılaşdırılmış sığorta məbləğini birdəfəlik sığorta ödənişi və ya vaxtaşırı ödənişlər şəklində faydalanan şəxsə ödəməyi öhdəsinə götürür.

Sığorta müqaviləsi, sığortalı fiziki şəxs olduğu halda onun sığortalanma haqqında ərizəsi, hüquqi şəxs olduğu halda isə Sığortaçı tərəfindən müəyyən edilən sığorta olunanların siyahısı və sorğu forması əsasında bağlanılır.

Həyatın Yaşam Sığortası üzrə sığorta haqqı sığortalı tərəfindən sərbəst şəkildə seçilir və aylıq ödənişlər şəklində ödənilir.

Həyatın Yaşam Sığortası üzrə sığorta müqviləsinin bağlanılması zamanı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmaq üçün şərtlər:

  • sığorta müqaviləsi 3 ildən az olmayan müddətə bağlanılmalıdır və sığorta ödənişi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməlidir
  • Əmək haqqından tutulan vergi və sosial ayırmalar üzrə güzəşt aylıq gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən ödənilən sığorta haqlarına tətbiq edilir.
Kredit həyat sığortası
Qaydalara görə sığorta obyekti sığorta olunanın həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləri, sığorta predmeti kredit müqavilələri üzrə borc alan fiziki şəxslərdir.

Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir:

  • sığorta olunanın ölməsi;
  • sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması.
Sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir:

  • kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;
  • kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində.
İpoteka həyat sığortası