Təkrarsığorta

Təkrarsığorta nədir?
Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi.
Sadə dildə desək, təkrarsığorta sığorta şirkətinin özünü sığortalamasıdır. Sığorta şirkəti ölçüsündən asılı olmayaraq istənilən sığorta riskini öz üzərində saxlayarsa, şirkət iflasa səbəb ola biləcək potensial zərərli hadisə ilə üzləşə bilərlər. Bu cür halların baş verməməsi məqsədilə və müştərilərin iddiaların vaxtında və keyfiyyətli tənzimlənməsi üçün Sığortaçılar da, öz müştəriləri kimi, özləri üçün sığorta alırlar.

 
Təkrarsığorta bizə bu imkanları yaradır:

  • Riskin diversifikasiyası;
  • Risk üzrə tutumun artırılması;
  • Sığortaya qəbul edilən risklərin artırılması;
  • Anderraytinq əməliyyatlarının stabilliyinin artırılması;
  • Təhlükəsizliyin təmin edilməsi;
  • Əminliyin gücləndirilməsi;
  • Portfel və aktivlərin idarə olunmasının təkmilləşdirilməsi;
  • Maliyyə vəsaitlərinin axınında və ehtiyatların yaradılmasında üstünlüyün əldə olunması.